PİRUZ DİLƏNÇİYƏ AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞILIĞI VERİLDİ
01.09.1999


Cənubi Azərbaycanda İran vətəndaşı, Şimali Azərbaycanda isə «vətəndaşlığı olmayan mühacir» kimi yaşayan CAMAH sədri Piruz Dilənçiyə nəhayət ki, uzun illərdin sonra öz vətəninin şiməl hissəsində Azərbaycan Prezidenti Heydər Əliyevin xüsusi sərəncamı ilə hüquqi vətəndaşlıq statusu verildi.
CAMAH-çılar Piruz bəyin həyatında tarixi bir hal kimi qalacaq bu münasibətlə onu təbrik edir, otaylı-butaylı azərbaycanlıların Vahid Azərbaycan dövlətinin vətəndaşı olacaqları günün arzusu ilə mübarizələrini davam etdirirlər.