include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
PİRUZ DİLƏNÇİ DOKTOR ÇEHREQANİNİ
TƏBRİK ETDİ ! |
02.10.1999
Cənubi Azərbayçan Parlamentinin yaradılması ilə əlaqədar Piruz Dilənçi Doktor Mahmudəli Çehreqanini təbrik etdi.
Həmin telefon danıhığını eyni ilə təqdim edirik.
P.Dilənçi: Doktor, hər şeydən əvvəl sizi iki məsələ ilə bağlı təbrik edirəm. Birinçi, tarixi əhəmiyyətə malik olan Cənubi Azərbaycan Parlamentinin yaradılması, ikinci isə sizin bu parlamentə sədr seçilməyiniz!
Çehreqani: Çox sağolun! Mən də bunun təşəbbüskarlarının əllərini sıxıram. Bu yolda zəhmət çəkənlərin hamısına minnətdarlığımı bildirirəm.
P.Dilənçi: Doktor, Şimali Azərbayçanda “Turan” adlı çox nüfuzlu və etibarlı bir xəbər agentliyi var. Onların yaydığı məlumata görə sizdən aldıqları müsahibədə, siz CAP təşəbbüs qrupunun ilk mətbuat konfransında söylədikləri fikirlərdən tamamı ilə xəbərsiz olduğunuzu bildiribsiz...
Çehreqani: Yox, Yox! Yalan danışırlar! Onlar məni sual altına çəkmək istəyirdilər! Hər halda mən Təbrizdə yaşayıram. Yəqin ki, nə demək istədiyimi başa düşürsünüz! Yəni mən İran İslam Respublikasında yaşayıram. O, məndən soruşdu ki, siz CAP-ın binövrəsini qoyanlardansınızmı və ümumiyyətlə bu mövzunu təsdiqləyirsinizmi?, Mən isə cavabında dedim ki, «CAP-ı yaradanlar Cənubi Azərbaycanlılardır. Vətəninin, torpağının və millətinin yolunda çalışan bu insanların əllərini sıxıram və bağrıma basıram. Mən Bakıda deyiləm. CAP-ın məramnamə və nizamnaməsi ilə dəqiqliklə tanış deyiləm. Başa düşürsünüz də nə demək istəyirəm!?». Bu çümlədən mənim niyyətim bu idi ki, yəni bu sualları məndən soruşmayın! Bu suallara çavab vermək, və hətta bu sualları soruşmaq məni təhlükələrlə üz-uzə qoyur. Mən bu suala müxbirin istədiyi çavabları vermiş olsam, yaşadığım ölkənin qanunlarına əsasən separatçılıqda və bölüçülükdə ittihamlanaraq, məhkəməyə çəkilərəm... Dostlarımız və müxbirlər bunu dərk etməlidirlər. Onlar azadlıqda oturub, mənə verdikləri sualların çavabını ürəyimçə ala bilməzlər! Hər halda bir daha bildirirəm ki, CAP barədə yayılan məlumatı təkzib etmirəm. CAP-ın və yaxud ona aid məlumatın barəsində hər hansı bir təkzib və yaxud mənfi fikir söyləməmişəm və mütləq söyləməyəcəyəm də! Müxbirlərdən xahiş edirəm ki, məni açıq-aşkar fikirlər söyləməyə məçbur etməsinlər! Bu işin mənim üçün hüquqi məsuliyyəti var. Bir daha söyləyirəm CAP-ın öz yeri var. Cənubi Azərbaycan türklərinin milli hüquqlarının bərpası və müdafiəsi uğrunda fəaliyyət göstərən hər hansı bir təşkilatın, qurumun və cəmiyyətin üzvlərinin əllərini sıxıram, üzlərindən öpürəm, bağrıma basıram. Yaxşı! Mənim bu sözlərimin pərdəli və xas mənalarının olduğunu başa düşmürlərmi?! Mənə zəng açanlar bunu anlamalıdırlar! Anlaya bilmirlərsə, mənim günahım nədir?! Məsələ burasındadır. Mən bir daha mənə zəng açan müxbirlərdən və dostlarımdan xahiş edirəm ki, diqqətli olsunlar. Mənim mövqeiyyətimi, vəziyyatimi, harada yaşadığımı və bu səbəblərdən nə həddə qədər danışıb-danışa bilməyəcəyimi başa düşsünlər və dərk etsinlər! Mən CAP-ın barəsində və ya onun rəddi ilə bağlı hər hansı bir söz danışmamışam, danışmaram və danışmayaçağam. Hər kəs mənim güya belə bir fikir söylədiyimi deyirsə, səhv edir, yalan danışır! Mən deyilən bu şayiələri təkzib edirəm...
P.Dilənçi: Doktor, sizin rəyiniz, fikriniz və münasibətiniz bizim üçün aydındır. Sizin belə bir fikirlər söyləməyinizin qeyri-mümkün olduğunu bilirdik. Lakin bəzi qərəzli qüvvələr, bizi və millətimizi gözü götürməyənlər nəyinsə naminə, bu və buna bənzər şayiələri yaradıb və yayırlar. Hər halda biz bütün güçümüzlə düşmənlərin qarşısında duraçağıq və heç bir təxribata yol verməyəçəyik.
Doktor, Cənubi Azərbaycan Parlamentinin yaradılmasını və bu parlamentə sədr seçilməyinizi bir daha təbrik edirəm. Əminəm və sizi də əmin edirəm ki, haq öz yerini alacaq...
Danışığı tənzimləyib, təqdim etdi:
CAMAH-ın Mətbuat katibi Cavad İsmaili.
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|