TEHRANDA 3 GÜN MÜDDƏTİNƏ MANEVR KEÇİRİLƏCƏK
03.08.1999

Son vaхtlar İranda baş vermiş hadisələrə və həmçinin Türkiyə-İran arasında yaranmış gərginliyə qarşı birmənalı münasibətini təzahür etdirmək niyyəti ilə İran rejimi sabahdan etibarən Tehranda 3 gün müddətinə manevr keçirəcək.
Manevrdə «Aşura» qərargahının 150.000 nəfərdən ibarət 45 hərbi bölmə iştirak edəcək.
Manevrin təşkilatçısı, mühafizəkarlara bağlı «Bəsic» könüllü silahlı qüvvənin başçısı general mayor Seyd Məhəmməd Hecazi bu barədə danışarkən bildirmişdir ki, «biz bununla göstərmək istəyirik ki, bundan sonra artıq İranda baş verəbiləcək hər hansı bir iğtişaşın 12 saat müddətində sakitləşdirməsi gücünə malikik».