include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CAMAH-a QARŞI TƏXRİBAT
|
03.08.2000
Əldə etdiyimiz məlumata görə hansısa naməlum mənbədən bəzi
mətbuat orqanlarına guya ki "Piruz Dilənçinin CAMAH Bakı komitəsinin
sədrliyindən azad edilməsi" barədə uydurma məlumat yayılmışdır. Biz qərəzli və
ruhi xəstəliyi olan bu şəxslərin belə hərəkətlərini təxribat kimi qiymətləndirir
və bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, CAMAH-ın nizamnaməsinə əsasən
komitə sədrlərini yalnız qurultay təyin edir və azad edilməsi də onun
səlahiyyətindədir. Təşkilatın son qurultayı isə ötən ayın 8-dən 10-a qədər Kərəc
şəhərində keçirilmiş və Bakı komitəsinin sədri Piruz Dilənçi ciddi tənqidlərə
məruz qalaraq səlahiyyətlərinin bir hissəsi ondan alınmış və mərkəzi komitəyə
tapşırılmışdır. Mərkəzi komitə isə dərhal Bakı komitəsinin məsul
nümayəndələrinin bəzilərini bu tərtiblə təyin etmişdir: (MK-nin qərarından
çıxarış): "Ötən aylar ərzində yol verdiyi ciddi səhvlərə görə Piruz Dilənçiyə
xəbərdarlıq edilərək Bakı komitəsinin sədrliyində tapşırılmış öhdəlikləri həyata
keçirməkdə davam etdirsin, Doktor Nasir Azəri mətbuat katibi, Barışmaz Cəlaloğlu
təşkilat katibi, Həmid Muğanlı beynəlxalq əlaqələr üzrə sədr müavini, Fəridə
xanım Məmmədli isə qadınlar şurasının sədri təyin edilsin". Biz
haqqında söhbət gedən uydurma məlumatı, CAMAH-a qarşı nöbəti təxribat kimi
qiymətləndirir və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, bundan sonra
CAMAH-dan daxil olan hər hansı bir sənəd və yaxud məlumat təşkilatın aşağıda
nümunəsi göstərilən möhrü ilə
təsdiqlənəcək.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|