04.01.2003
2002-ci il dekabr ayının 5-i
saat 22 radələrində bir qrup şəxs, mülki geyimde olaraq CAMAH Bakı temsilçisi
Piruz Dilənçinin Baki şəhərindəki yaşadığı mənzilə hücum etmiş və heç bir səbəb
göstərmədən zorakılıqla onu şəxsi avtomaşına mindirərək, naməlum istiqamətə
aparmışlar. Hadisədən 24 saat sonra, məlum olmuşdur ki, Piruz Dilənçi Xətai
rayon polis idarəsində saxlanılır. Polis idarəsindən verilən məlumatda
gösterilir ki, P.Dilənçi guya maliyyə məsələləri ilə əlaqədar axtarışda
olmuşdur. Halbuki Azərbaycan Respublikasının cari qanunlarına əsasən hər hansı
bir şübhəli şəxs barədə rəsmi çağırış vərəqəsi olmadan, axtarış elan edilə
bilməz.
P.Dilənçinin həbs edildiyi
tarixdən uç gün sonra, məlum olmuşdur ki, onun izahati mustəntiqin diktəsi ilə
bir neçə dəfə dəyişilmişdir. İşlə məşğul olan müstəntiq Həsənov ıqbal təmamilə
qərəzli mövqe nümayiş etdirərək, P.Dilənçini həbse sürükləmişdir. Buna
baxmayaraq müstəntiqin iddia etdiyi maddi zərər ve ziyan P.Dilənçinin ailəsi
tərəfindən rəsmən odənilmişdir. Təəssüflər olsun ki, hal-hazırda P.Dilənçi ağır
fiziki şəraitdə 3 sayli ıstintaq Təcridxanasında saxlanılır və hətta aile
üzvlərinin göruşünə icazə verilmir.
Adı çəkilən müstəntiqin qəti
qərəzli mövqeyini nəzərə alaraq, işin obyektiv aparılması məqsədi ilə başqa bir
müstəntiqə həvalə edilməsi uyğun olardı.
Həmçinin Piruz Dilənçinin ağır
radikulit ve ürək xəstəliyi, Türk dünyasındakı siyasi və ədəbi nüfuzunu, eləcə
də himayəsində az yaşlı uşaq olduğunu nəzərə alaraq, məhkəmə prosesinin
başlanmasına qədər, onun barəsində olan həbs qəti imkan tədbirinin zəmanətlə ev
dustağı ilə dəyişilməsi barədə sərəncam verməyinizi xahiş edirik.
Dərin hörmətlə:
Cənubi Azərbaycan Milli
Azadlıq Hərəkatı (CAMAH)
Amerika, Norvec, Almaniya, Türkiyə, Kanada,
İsveçrə və
Cənubi Azərbaycan Komitələrinin təmsiçiləri.
04.01.2003
|