include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CƏNUBİ AZƏRBAYCANDA KÜTLƏVİ HƏBSLƏR BAŞLANDI
|
04.07.2002
Əvvəlcədən elan etdiyimiz kimi cənub təşkilatlarının dəvəti ilə cari il iyul ayının 4 və 5-i
Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız həmrəyliklərini nümayiş
etdtrmək məqsədi ilə Babək Qalasına toplaşmalı idilər. Lakin totalitar fars rejimi ciddi inzibati şərait tətbiq
etməklə bunun qarşısını almağa cəhd göstərmişdir.
CAMAH-ın Təbriz, Ərdəbil və Əhər komitələrindən verilən məlumatlara görə müxtəlif şəhərlərdən yüz minlərlə
soydaşımız tədbirdə iştirak etmək məqsədi ilə Babək Qalasının yerləşdiyi Kəleybər mahalına doğru yola
çıxmışlar. Lakin bütün yollar bir neçə gün öncədən ciddi nəzarətə alındığı üçün heç bir səbəb göstərilmədən əhali
ya həbs edilmiş və ya zorla evinə qaytarılmışdır.
Məlumatda yüzlərlə soydaşımızın şəbs edildiyi göstərilir. Həmçinin bildirilir ki, həbs edilənlərin təxminən 20 faizini
qadınlar təşkil edir.
Bundan əlavə bir çox cənublu ziyalı «tədbirin təşkilatçısı» ittihamı ilə həbsə alındışdır.
CAMAH-ın Analitik İnformasiya Mərkəzi
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|