include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
Birləşmiş Millətlər Təşkilatının Bakıdakı Nümayəndəliyinə,
Amerika Birləşmiş Ştatlarının,
Türkiyə Cümhuriyyətinin,
Almaniya Federativ Respublikasının,
İsrail Respublikasının,
Böyük Britaniya Krallığının,
Norveç Krallığının,
Fransa Respublikasının,
İtaliya Respublikasının,
Yaponiya Krallığının
və
İraq Respublikasının
Azərbaycan Respublikasındakı səlahiyyətli səfirlərinə
M Ü R A C İ Ə T
|
05.02.2002
Vaxtı ilə Rusiya və İran Dövlətləri arasında pay-püşk edilmiş Azərbaycanın tarixi torpaqlarının Böyük hissəsi hal hazırda İran hakimiyyətinin taptağındadır. Bugünkü İran ərazisinin təxminən 13 faizi Azərbaycanın qəsb edilmiş torpaqları, əhalinin isə 46 faizi fars şovinizminin milli əsarətində yaşayan Azərbaycan türkləridir.
Biz BMT-nin və insan haqlarını müdafiə edən beynəlxalq təşkilatların əsasnaməsində göstərilən normalara uyğun öz xalqımızın milli, mənəvi, ictimai və siyasi haqlarının bərpası və təmin edilməsi uğrunda totalitar İran rejimi və Fars şovinizminə qarşı mübarizə aparmaqdayıq.
Hüquqi qanunları və ölkə konstitusiyası İslam fundamentalizminin qorxunc əsasları üzərində qurulmuş İran dövlətinin adı uzun illərdir ki, dünyanın demokratik və aparıcı dövlətləri tərəfindən beynəlxalq terrorizmi himayə edən qüvvələrin siyahisində öz yerini saxlamaqdadır.
Biz ən təbii hüquqlarımızın bərpası uğrunda apardığımız mübarizələrə görə İran rejimi tərəfindən həbslərə, təqiblərə və ağır ihkəncələrə məruz qalmış, nəhayət 1948-ci ilin dekabr ayında BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş qanunların müvafiq bəndlərinə uyğun formada ölkədən mühacirət etməyə məcbur olmuşuq.
Lakin çox təəccüblü olsa da, təəssüflə diqqətinizə çatdırırıq ki, İran daxili işlər nazirinin Azərbaycan Respublikasına son səfəri zamanı aparılan müzakirələr nəticəsində rəsmi Bakının mövqeyi siyasi mühacirlərə qarşı kəskinləşmiş və hətta insan haqları və beynəlxalq hüquqdan zərrəcə məlumatı olmayan bəzi korrepsiyoner üzdəniraq «millət vəkilləri» də iqtidar yönlü partiya liderləri olaraq bizim İrana təhvil verilməyimiz barədə fikirlər və tələblər irəli sürmüşlər.
Bizdə olan məlumata görə antidemokratik və insan haqlarına zidd olan bu proses Azərbaycanın hüquq mühafizə orqanlarında iciddi müzakirə obiekti olaraq inkişaf etməkdədir.
Bu müraciətlə, 21-ci əsrin astanasında orta əsrlərin məntiqsiz qayda-qanunları rəvac tapmaqda olan Azərbaycan Respublikasında yaşayan cənublu siyasi mühacirlərin təhlükəsizliyinin təmin edilməsi və bu barədə Azərbaycan hökumətindən zəmanət almağınızı xahiş və tələb edirik.
Dərin hörmətlə:
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH)
Siyasi Şurası
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|