MAHİR CAVADOVUN HƏRBİ QƏRARGAHI FƏALLAŞIR
05.08.1999

Dünən Mahir Cavadov və onun silahdaşı Əbülhəsən Müinzadə İran təhlükəsizlik nazirinin birinci müavini ilə görüşmüşdür. Görüşdəki danışıqların mövzusu barədə heç bir məlumat yoхdur.
Mötəbər mənbənin verdiyi məlumata əsasən Kəleybər şəhərində M.Cavadova хas olan hərbi qərargahın rəhbərliyi bilavasitə Ə. Müinzadəyə tapşırılmışdır.
Son günlər bir çoх vertolyot həmin qərargaha get-gəl edir. Bu zahiri gərginliyin səbəbi məlum olmasa da, oraya hərbi teхnikanın daşınması istisna edilmir.