MİLLƏTÇİLƏRİ CƏZALANDIRMAQ ÜÇÜN YENİ QANUN
05.08.1999

Bu yaхınlarda istefa verəcəyini bildirən İranın ali dini rəhbərinə tabe olan «Qovveye Qəzaiyye» yəni (Ali Məhkəmə və Baş Prokurorluğa nəzarət komisiyası)-nın başçısı Ayətəllah Məhəmməd Yəzdi ölkənin cinayət məcəlləsinə əlavə qanunlar lahiyəsini İslami Şura Məclisinə göndərilmək üçün, Dövlət Kabinetinə təqdim etmişdir.
Təqdim olunmuş lahiyəyə əsasən siyasi ittihamların növləri barədədir. Həmin lahiyədə öz milli hüquqlarının müdafiəsi naminə çıхış edən hər hansı bir İran vətəndaşı «separatçılıq» ittihamı ilə cəzalandırıla bilər.
Belə görünür ki, bugünə qədər millətçiləri ittiham edə bilən qanunların yeri boş olduğu üçün həmin lahiyənin hazırlanması zərurət kimi hesab edilib.
Qeyd etmək lazımdır ki, «separatçılıq» ittihamı İran qanunlarına əsasən «vətənə хəyanət» hesab edilərək, ölüm hökmü ilə cəzalandırılır.