CAMAH rəsmiləri Piruz Dilənçi və Aslan Xalidi
Azərbaycan prezidenti və xalqın qarşısında çıxış etdilər

05.10.1994



Dünən oktyabr ayının 4-ü Şimali Azərbaycan Respublikası dövlətçiliyinin və istiqlqliyyətinin əleyhinə qalxan xarici dövlətlərin myzdurlarından ibarət bir neçə satqının çevriliş arzusunu gözündə qoyan prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciəti ilə ümumi çağrışına müsbət cavab olaraq, çox az bir zamanın içində on minlərlə azərbaycan türkünün, o cümlədən müvafiq və müxalif siyasi xadimlərin həmrəyi olub Azərbaycan dövlətçiliyinin müdafiəsi niyyəti ilə Bakı şəhərində prezident aparatının qarşısında toplaşdılar. Onlar hamısı bir səslə Azərbaycanın dövlətçiliyini son damla qanlarına qədər müdafiə edib, qoruyacaqlarını bildirdilər.
Prezidentin çağrışına mübət cavab verən onlarla görkəmli, ictimai-siyasi xadim və ziyalının içində CAMAH-ın nümayəndəıəri Aslan Xalidi və Piruz Dilənçi də iştirak edirdiər.
Aslan Xalidi öz çıxışında qeyd etdi ki, "Azərbaycanın istiqlaliyyətinə qəsd edənlər bilməlidirlər ki, 100 minlərlə Cənubi Azərbaycnlı gəncinin səbrləri bitərsə, onlar heç bir sərhəd tanımadan Respublikanın müdafiəsinə qalxacaqlar."