include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
ÇEHREQANİYƏ QARŞI TƏXRİBAT
|
06.03.2000
Məlum olduğu kimi fevral ayının əvvəllərində Təbriz İslami İnqilab Məhkəməsinin ədalətsiz qərarı ilə Doktor Mahmudəli Çehreqani 6 ay həbsə məhkum və 24.500 dollar cərimə edilmişdir.
Cərimə olunmuş məbləği toplamaq niyyəti ilə ötən həftə CAMAH-ın təşəbbüsü ilə Bakıda “Çehreqaniyə azadlıq!” şüarı altında pul toplama kampaniyasının başlandığı barədə də məlumat vermişdik. Lakin bu günə qədər müxtəlif bəhanələrlə cənub hərəkatını ləkələməyə cəhd göstərən muzdur qüvvələr guya ki, doktorun xanımı tərəfindən göndərilmiş həxsi nümayəndənin dediyinə istinad edərək yardım kampaniyasının dayandırılmasının tələb olunduğunu bəyan edirlər.
Bunlara aydınlıq gətirmək məqsədi ilə bu gün doktorun həyat yoldaşı ilə əlaqə saxladıq. O bildirdi ki: “Mən bu xəbəri qətiyyətlə təkzib edirəm. Biz bu barədə heç kəsi Bakıya göndərməmişik. Doktorun Cəriməsini ödəmək lazımdır və onun tərəfdarları bu pulu toplamaq məqsədi ilə Bakıda yardım kampaniyasına başlayıblar. Bundan doktorun özünün də məlumatı var. Hətta ötən həftə doktorun sifarişini Piruz Dilənçiyə çatdırarkən, ondan və Əbülfəz Elçibəydən kömək istəmişəm. Lakin pul toplanarsa, İrana göndərilməsi əməliyyatının yalnız və yalnız qanuni yollarla həyatakeçirilməsini xahiş etmişəm. Mənim adımdan Bakıda belə şayiə yayanların niyyətini bilmirəm. Hər halda, onlar düz iş görmürlər”.
CAMAH rəhbərliyi bir daha bütün dünya azərbaycanlılarına üz tutaraq, bu kampaniyaya dəstək vermələrini xahiş edir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|