PİRUZ DİLƏNÇİ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ SƏFİRİ İLƏ GÖRÜŞDÜ

07.01.2000



Dünən yanvar ayının 6-sı CAMAH funksiyoneri Piruz Dilənçi Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Stenli Eskudero ilə görüşdü.
Bir neçə saat davam edən görüşdə Piruz Dilənçi Təbrizin son hadisələri ilə bağlı dəqiq məlumat verərək, Amerika dövlətinin dünya demokratiyasının öndərlərindən olduğunu vurğuləmış, məhz bu səbəbdən də İranda baş vermiş hədisələrlə əlaqədar mövqe tutmalarını və münasibət bildirmələrini tələb etmişdir.
Müzakirə zamanı Piruz Dilənçi Doktor Çehreqani və Bakıda aclıq edən cənublular barədə də məlumat vermişdir.
Cənab Stenli Eskudero Təbrizdə baş vermiş məlum hadisələrin və Doktor Çehreqaninin başına gətirilənlərin həqiqətən də beynəlxalq insan hüquqları normalarına zidd olduğunu bəyan etmişdir.
Sonda, cənab səfir Piruz Dilənçinin məlumatlarını və xahişlərini yaxın günlərdə təmsil etdiyi dövlətin Vaşinqtondakı başçılarına çatdıracağını söz vermişdir.