TƏBRİZƏ XÜSUSİ QUVARDİYA YERİDİLDİ
07.01.2000

Təbriz Yeni hadisələr ərəfəsindədir. Bir çox ziyalı, alim, siyasi xadim və tələbə həbs edilmişdir. Doktor Çehreqani ev dustağı olaraq Ettelaat məmurlarının ciddi nəzarəti altında saxlanılır. Ona ölkə xarici ilə telefon əlaqəsi yaratmağa icazə və imkan vermirlər. Əhali «Ya ölüm, ya azadlıq» şüarı verir. Yaxın iyirmi gün üçün qanlı hadisələr gözlənilir. Artıq dünəndən İranın Tehran, İsfahan və Şiraz kimi fars bölgə və şəhərlərindən Təbrizə xüsusi təlimatlı quvardiya qoşunu yerləşdirilməyə başlanıb. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Çehreqani Azərbaycan dövlətindən və prezident Heydər Əliyevdən incidiyini bildirərək, müsbət cavab alacağına ümid bəsləyir.