include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
ÇEHREQANİ ACLIQ AKSİYASINA BAŞLADI
|
07.03.2000
CAMAH-ın Təbriz komitəsindən aldığımız məlumatda bildirilir ki, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çehreqani bu gün səhərdən etibarən Təbrizin 5 nömrəli təcridxanasında aclıq aksiyasına başlamışdır.
Həmin məlumata əsasən mart ayının 5-i doktorun ad günü münasibəti ilə həyat yoldaşına yaradılmış görüş imkanından istifadə edərək, həbsxanada tənzimlədiyi şəxsi bəyanatının əlyazmasını yalnız ölkədaxili məbuatda dərc olunmaq niyyəti ilə xanımına vermişdir. Bəyanatda Çehreqani İslami İnqilab Məhkəməsinin ədalətsiz qərarına etirazını bildirərək, heç bir günahı olmadan əsassız həbsdə saxlanıldığını söyləmişdir.
Aclığa başlayan Çehreqani xarici müşahidəçilərin iştirakı ilə məhkəmə prosesinin yenidən keçirilməsini tələb etmişdir.
Onun mövcud xəstəliklərini nəzərə alaraq, başladığı aksiyanı bir neçə gün davam etdirəcəyi təqdirdə təhlükəli durumla qarşılanacağına şübhə edilmir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|