TEHRAN RƏSMİLƏRİ ƏSƏBİLƏŞİB
07.08.1999

Tehranın müvəqqəti imam cüməsi Ayəttullah Məhəmməd İmami Kaşani dünən molla rejiminin tribunası hesab edilən cümə namazında ölkə mətbuatına və jurnalistlərə hücum möqeyi ilə çıхış edərək Amerik Konqresinin İrandakı milli azadlıq hərəkətləri ilə bağlı qəbul etdiyi qətnaməyə qarşı dərin hiddətlə etirazını bildirmişdir.
Həmin mərasimdə çıхış edən daha bir rejim rəsmisi Ayətullah Mesbah Yəzdi İranda baş vermiş son olaylara münasibət bildirərkən, «islamın iki yumuşaq və sərt üzünün» olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, «baş qaldıranlara qarşı islamın ikinci, yəni sərt və qırıcı üzündən istifadə edərək qiyamçılara ciddi zərbələr endirməliyik.