include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CAMAH FUNKSİONERLƏRİ
AMERİKA DİPLOMATLARI İLƏ GÖRÜŞDÜLƏR
|
07.08.2000
Amerikanın
Azərbaycandakı səfirliyində ABŞ diplomatları CAMAH rəsmiləri ilə görüş
keçirmişlər. Görüşdə səfirliyin siyasi şöbəsinin rəhbəri xanım şerri Hollidey,
CAMAH təşkilat katibi Barışmaz Cəlaloğlu və beynəlxalq əlaqələr üzrə sədr
müavini Həmid Muğanlı iştirak edirdilər. Xanım şerri Nollidey öncə CAMAH-ın
son qurultayı barədə rəsmi Vaşinqtonun məlumatı olduğunu qeyd edərək qurultay
gedişatında müzakirə olunmuş əsas məsələlər, çıxarılmış nəticələr, verilməiş
qərarlar və qarşıdakı plan və proqramların da təmsil etdiyi dövlət üçün
əhəmiyyətli olduğunu bildirmiş və dəqiq məlumat almışdır. CAMAH lideri Doktor
Mahmudəli Çöhrəqanlının hazırki fiziki durumu da ABŞ diplomatlarını
maraqlandıran məsələlərdən biri olmuşdur. Daha sonra B.Cəlaloğlu İranın
regiondakı aparıcı mənfi rolundan, eləcə də ıran-Azərbaycan münasibətlərindən
söz açaraq, "Xatəmi demokratiyası"nın rejimin ömrünü uzatmaq niyyəti ilə
quraşdırıldığını izah etmişdir. Belə ki, B.Cəlaloğlu son vaxtlar İranın
beynəlxalq mühitdən təcrid edildiyini üçün, hazırki "demokratiya"nın rejimin
Amerika və Avropa dövlətləri ilə yaxınlaşmaq istiqamətində quraşdırılmış uydurma
oyun olduğunu söyləmişdir. Sonda ABŞ diplomatı CAMAH Bakı komitəsinin sədri
Piruz Dilənçinin Azərbaycan Respublikası Milli Məclisi seçgilərində iştirak
edəcəyi təqdirdə qanuni hüquqlarını onlar tərəfindən müdafiə müdafiə olunacağını
qeyd etmiş və prosesdə Piruz Dilənçiyə qarşı hər hansı bir qanunsuzluq və
haqsızlığıa yol verilərsə, rəsmi münasibət bildirəcəklərini
söyləmişdir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|