“SALAM” QƏZETİNİN QALMAQALI
08.07.1999

“Salam” qəzeti mətbuat və ruhanilər məhkəməsinin tərəfindən bağlanıldı.“Salam” qəzetinin baş redaktoru Seyid Məhəmməd Xoeynihadır. Qəzet iyul ayının 5-də Səid İslaminin (İmami) məktubunu dərc etmişdir. Məktub Ettelaatın gizli və məхfi sənədi idi. Məktubda Səid İslami Təhlükəsizlik rəhbərinə müraciət edərək İslam rejiminin mətbuata nəzarətinin daha da güclənməsinə dair təkliflər irəli sürmüşdür. Bu təkliflərdə o, 40 məşhur yazıçı və jurnalistin adlarını çəkərək, onlara qarşı təzyiq, hədə və hətta terror aksiyalarının hazırlanmasını istəyib. O, bu məktubda jurnalistlərə, naşirlərə və yazıçılara хüsüsi lisenziya verilməsini və bunun nəticəsində Ettelaatın onların üzərində nəzarətinin daha da güclənəcəyini bildirmişdir.
Qeyd edirik ki, İranın İslami Şura Məclisində bu gün İran Mətbuatında yeni qanunların qəbul və tətbiq olunmasına dair yığıncaq keçirilcək.