include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CAMAH-ın NÖVBƏTİ QURULTAYI KEÇİRİLDİ
|
08.07.2000
Əvvəlcədən hazırlanmış proqram əsasında iyul ayının 8-dən 10-a qədər İranın Kərəc şəhərində CAMAH-ın qurultayı keçirilmişdir. Tamamı ilə məxfi və qapalı şəraitdə keçirilən qurultayda CAMAH-ın bəzi ölkələrdəki təmsilçi və məsul nümayəndələrinin əksəriyyəti iştirak edirdilər. Onların sırasında Bakı komitəsindən Piruz Dilənçi və Barışmaz Cəlaloğlu da var idi. üç gün müddətində üst-üstə 18 saat davam edən qurultayın əsas müzakirə mövzuları bunlardan ibarət olmuşdur:
1. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çöhrəqanlının həbs müddəti sona yetmək ərəfəsində olduğu üçün, azadlığa buraxılıb və yaxud buraxılmayacağı təqdirdə CAMAH-ın daxil və xaricdəki tədbirlərinin proqramı,
2. Təşkilatın nizamnamə və məramnaməsində bir sıra dəyişikliklərin aparılması,
3. Bəzi ölkələrdəki səlahiyyətli təmsilçilərin dəyişdirilməsi.
Cəmi üç iclasdan ibarət olan qurultayın bir iclası bütövlüklə təşkilatın Bakı komitəsində baş vermiş son olaylara həsr edilərək ötən aylar müddətində yol verdiyi səhvlərə görə Piruz Dilənçi tənqid atəşinə tutulmuş və CAMAH-ın Bakıdakı Məsul təmsilçiliyindən azad olunması barədə təklif irəli sürülmüşdür. Uzun müzakirələrdən sonra P.Dilənçiyə xəbərdarlıq edilərək səs çoxluğu ilə hələlik şərti olaraq Bakı komitəsinin sədrliyində qalmasına razılıq verilmişdir. Lakin nizamnamədən kənar istisna hal kimi Bakı komitəsində məsul kadrların təyin edilməsi səlahiyyəti P.Dilənçidən alınaraq mərkəzi komitənin öhdəliyinə verilmişdir. Beləliklə həmin iclasda çıxarılan qərara görə Doktor Nasir Azəri CAMAH Bakı komitəsinin mətbuat katibi, Həmid Muğanlı beynəlxalq əlaqələr üzrə sədr müavini, Fəridə xanım Məmmədli isə qadınlar şurasının sədri təyin edilmişdir.
CAMAH Analitik İnformasiya Mərkəzinin rəhbəri Barışmaz Cəlaloğlu ötən bir ildəki ciddi fəaliyyətlərinə görə qurultay iştirakçıları tərəfindən alqışlanmış və yeni təyinatla o, təşkilat katibi vəzifəsinə təyin edilmişdir.
Qurultayda Azərbaycan Qurtuluş Təşkilatının, Güney Azərbaycan Türk Dirçəliş Təşkilatının, Doktor Çöhrəqanlının Hüquqlarını Müdafiə Komitəsinin və Təbriz Tələbə Hərəkatının bir qrup məsul nümayəndəsi də qonaq qismində iştirak edirdilər.
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|