B Ə Y A N A T
08.12.1999

Noyabr ayının 25-i Azərbaycan-İran arasında imzalanmış məlum müqavilədən iki saat əvvəl Bakı şəhərindəki baş qərargahımızın qapadılmasından sonra, bu barədə müxtəlif rəsmi və qeyri rəsmi dairələr tərəfindən ziddiyyətli və bəzən də qərəzli məlumatlar yayılmışdır.
Son günlər isə bəzi kütləvi informasiya vasitələri heç bir mənbəyə istinad etmədən, guya ki «CAMAH sədri Piruz Dilənçinin Milli Təhlükəsizlik Nazirliyinin rəhbərləri ilə danışıqlar apardığını» bildirirlər! 
Yaranmış anlaşılmamazlıqlara aydınlıq gətirmək niyyətiylə, mətbuat nümayəndələrinin, eləcə də ictimaiyyətin diqqətinə çatdırırıq ki:
1. CAMAH sədri Piruz Dilənçi və təşkilatın başqa funksionerləri heç vaxt CAMAH qərargahının MTN tərəfindən qapadılmasını iddia etməmişlər və yayılmış məlumatlar əsassızdır.
2. Piruz Dilənçi artıq Azərbaycan Respublikasının vətəndaşıdır və onun iqtidara qarşı hər hansı bir mövqe tutub-tutmaması CAMAH-ın deyil, öz şəxsi mülahizələri ilə bağlıdır. CAMAH-da baş verən taktiki dəyişikliklər, yalnız mərkəzi komitənin qərarı ilə mümkündür. 

CƏNUBİ AZƏRBAYCAN MİLLİ AZADLIQ HƏRƏKATININ
TƏŞKİLAT KOMİTƏSİ