TEHRAN TƏLƏBƏLƏRİNİN TƏLƏBLƏRİ
09.07.1999

Tələbələrin 15 siyasi qurumu iclas keçirərək Seçilmiş Tələbə Şurasını yaratmışlar. Onlar Xatəmiyə müraciətlə bəyanat qəbul ediblər. Bu bəyanatada Xatəmi dövlətindən 7 tələb irəli sürülüb. Bu tələblər aşağıdakılardan ibarətdir:
1. Hüquq-mühafizə orqanları və güc nazirliklərinin başçıları istefaya göndərilsin.
2. Bu hadisələri törədənlər məsuliyyətə cəlb olunsun.
3. Ölən tələbələrin meyidləri ailələrinə verilsin.
4. Təhqir olunmuş Tələbələrin şərəf və ləyaqəti müdafiə və təmin edilsin, 5. Mühafizəkarları dəstəkləyən güc qüvvələri Daxili İşlər Nazirliyinin sərəncamına verilsin.
6. «Salam» qəzeti nəşrə buraхılsın.
7. Mühafizəkarların inhisarında olan «Ənsare Hezbollah» və «Bəsic» adlı güc qüvvələri, rəsmi dövlət orqanlarından azad edilsin.