include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
SİYASİ ŞURANIN İCLASI KEÇİRİLDİ
|
09.07.2002
Bildiyiniz kimi cari ilin may ayında CAMAH İdarə Heyəti və Siyasi Şurasının rəsmi qərarları əsasında Mahmudəli Çehreqani təşkilat rəhbərliyindən çıxarılmış və rəhbərlik vəzifəsi müvəqqəti olaraq siyasi şuraya həvalə edilmişdir.
Bu müddət ərzində CAMAH-ın bəzi məsul üzvləri yerli və yersiz olaraq həmin postu ələ keçirmək iddiasında idilər.
İlk öncə CAMAH siyasi şurasının sədri Yaşar Güneyli təşkilat rəhbərliyində təmsil olunmaq arzusunu bildirsə də, idarə heyəti və siyasi şura üzvləri onun bu vəzifəyə layiq olmadığını və bu vəzifəyə kiminsə təyin olunması səlahiyyətinin nizamnaməyə görə yalnız qurultayda olduğunu bildirdilər. Bundan sonra, iyul ayının biri Yaşar Güneyli CAMAH-dan istefa verdiyini bəyan etdi.
Rəhbərlik vəzifəsində təmsil olunmaq arzusunda olan başqa birisi də Babək Azəroğlu idi. Onun da arzusu yerinə yetirilmədiyi üçün, öz səviiyəsi və darısqal dünyagörüşünə uyğun, təşkilata heç bir məlumat vermədən iyul ayının 8-i Bakıda mətbuat konfransı keçirməyə cəhd göstərmişdir. Lakin Azərbaycan jurnalistlərinin gülüş obyektinə çevrilən Babək Azəroğlunun «çıxışı» yarımçıq qalmışdır!
Bütün bunları nəzərə alaraq, CAMAH siyasi şurasının müxtəlif ölkələrdə yaşayan üzvləri iyul ayının 9-u internet vasitəsi ilə iclas keçirmişlər.
İclasda qərara alınmışdır:
1. Yaşar Güneylinin istefası qəbul edilsin.
2. Babək Azəroğlu CAMAH-da tutduğu vəzifədən azad edilsin və ümumiyyətlə təşkilatdan çıxarılsın.
3. Siyasi şuranın rəhbərliyi Murtuz Səhəndə həvalə edilsin.
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|