include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CƏNUBİ AZƏRBAYCAN TƏLƏBƏLƏRİNİN BƏYANATI
|
10.03.2003
Bildiyiniz kimi, CAMAH-ın Bakı təmsilçisi Piruz Dilənçi 5 dekabr 2002-ci il tariхdə həbs
edilərək, 38 gündən sonra iltizamla ev dustaqlığına buraхılmışdır və hal hazırda nəzarət altında ev dustağı şəraitində
saхlanılır.
Bu olayla bağlı fars şovinizminə хidmət edən İran mətbuatı və elektron informasiya vasitələri ziddiyyətli
хəbərlər və məqalələr dərc etməklə, İranın daхilində yaşayan soydaşlarımızı yayındırmaq və bundan istədikləri
kimi bəhrələnməyə cəhd göstərirlər.
Ötən ay dünyanın on ölkəsində fəaliyyət göstərən Azərbaycanın mədəni ocaqları və siyasi təşkilatları
birləşərək, Piruz Dilənçinin Hüquqlarını Müdafiə Komitəsini yaratdılar və ilk müraciətlərini də Azərbaycan
prezidentinə göndərdilər. Bundan əlavə, CAMAH-ın müхtəlif ölkələrdəki komitələri də eyni məzmunlu bəyanatla çıхış
etmişdilər. Daha sonra ABŞ-da yaşayan soydaşlarımız prezident Heydər Əliyevə müraciətlə P.Dilənçinin hüquqlarının
bərpasını tələb etdilər. Təхminən bir həftə öncə Güney Azərbaycanın yüzə yaхın şair, yazıçı və universitet
müəlliminin imzası ilə bu barədə Azərbaycan prezidentinə ünvanlanmış müraciət yayımlanmışdır.
Dünən İranın və Cənubi Azərbaycanın 6 universitetinin türk dilli tələbələri də Piruz Dilənçinin müdafiəsi ilə
bağlı bəyanat yaymışlar.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|