İRAN RƏHBƏRİ XAMƏNEYİ AZƏRBAYCANI HƏDƏLƏDİ!
10.06.2000

İranın dini lideri Ayətullah Seyidəli Xaməneyinin ötən həftə Cənubi Azərbaycana, xüsusiylə də Azərbaycanla sərhəd şəhərlərə rəsmi səfəri barədə məlumat verilmişdi.
CAMAH-ın Tehran komitəsindən aldığımız məlumatda Xaməneyinin paytaxta qayıtdıqdan sonra yerli curnalistlərlə keçirdiyi görüşdə Azərbaycan Respublikası ilə bağlı məsuliyyətsiz ifadələrlə çıxış etdiyi göstərilir. Həmin görüşdə Xaməneyi demişdir: "Mən Azərbaycanla sərhəd şəhərlərimizdə, xüsusiylə Germi şəhərində olarkən, Azərbaycan dövlətinin İran separatçılarını dəstəkləməklə bizim daxili işlərimizə müdaxilə etdiyini söylədilər. İran parçalanmaz və müqəddəs bir torpaqdır. İran İslam ocağıdır və biz Allahın tapşırıqlarını yerinə yetirərək İslam dinini bütün dünyaya, xüsusiylə qonşu ölkələrə də ixrac edəcəyik. O cümlədən Azərbaycana! Bu respublikanın əhalisi də müsəlmandır"!!
Daha sonra Xamənəyi əlavə etmişdir: "SSRİ dağıldıqdan sonra bizim də sərhədlərimiz əvvəlki toxunulmamazlığını itirmişdir və bu bizim üçün başı ucalıq gətirmir! Germi şəhərində mənə verilən başqa bir məlumatda Azərbaycana sığınmış bir qrup iranlı xain və satqın fərarinin istədikləri vaxt qanunsuz yollarla İrana gedib-gəlməkdən və bura da təxribat törətməkdən ibarət idi! Mən ölkə rəhbəri olaraq artıq İran-Azərbaycan sərhədlərinin tamami ilə bərkidilməsi və ciddi nəzarətə alınması barədə lazımı göstərişləri vermişəm. Sərhədlərimiz köhnə Sovet sərhədlərindən də güclü olmalıdır"!!
Kaş cənab Xaməneyi İrandan dövlət səviyyəsində qanunsuz yollarla Azərbaycana göndərilən narkotik maddələrin də qarşısını almağa belə göstərişlər versəydi!..