ÜMUMİ MƏLUMAT
10.07.1999

Tehranda və İranın 8 şəhərində tələbələrin mitinq aksiyaları davam edir.
Təbriz şəhərindən gələn məlumata əsasən Sepahe Pasdaran və Hezbollah dəstələri Təbriz Universitetinə hücum edərək bir çoх tələbələri yaralayıblar. Tutulanların sayı çoхdur.
Tehran bazarı bağlanıb. Etiraz aksiyaları davam edir, Sepahe Pasdaranın əməkdaşları Tehranda və başqa şəhərlərdə yerləşdiriliblər. Fövqəladə vəziyyət davam edir. Hadisələrin genişlənməsi gözlənilir.