include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
CAMAH Təşkilat
Komitəsinin B Ə Y A N A T I
|
10.08.1999
Fars şovinizmini təmsil edən rəsmi
Tehran, Cənubi Azərbaycan torpaqlarının işqalı ilə kifayətlənməyərək, şimali
Azərbaycana göz dikmiş, buradakı müstəqil döalətimizi də öz müstəmirə və
müstəmləkəsinə cevirmək əzmindədir. O, bu xam yuxusunu həyata kecirmək niyyəti
ilə hər hansı bir məkirli hiləyə əl atmaqdadır. Azərbaycanda müxtəlif
örtüklər altında fəaliyyət göstərən İran casusluq şəbəkələri ifşa olunduqca,
yeni qruplar onların yerinə tə`yin edilir. İslam Partiyasının məlum əməlləri,
qanunsuz yollarla İrana aparılan Azərbaycanlı gənclər, ticarət mərkəzləri adı
altında fəaliyyət göstərən casusluq yuvaları və onlarla belə faktın baş
verdiyini sankı görməyən Bakıdakı Tehran rəsmisi Əlirza Bigdeli, Azərbaycan
hüquq mühafizə orqanlarının bəyanatlarını «əsassız» qələmə verməklə, həqiqətləri
təkzib etməyə cəhd göstərir. CAMAH Təşkilat Komitəsi, həmişə olduğu
kimi bütün var qüvvəsini səfərbər edərək, Azərbaycanımızın Tehran təhlükəsindən
qorunması naminə İran casuslarının kəşfi və ifşası ilə məşqul olmuş və
olmaqdadır. Səfir Bigdeli öz iddialarının ağ yalan olduğunu, özü hamıdan
yaxşı bilir. Lakin bilməyənlərin nəzərinə İran Təhlükəsizlik (Ettelaat)
Nazirliyinin Azərbaycandakı onlarla casusluq, təbliğat və təxribat şəbəkəsinin
yalnız birini catdırmaq istərdik. Qoy cənab səfir bilsin ki, ondan başqa hec kəs
əsassız bəyanat vermir! 1994-cü ilə xas olan aşağıdakı siyahi, yalnız bir
şəbəkəyə aiddir. (Məlumat təhlükəsizlik mahiyyəti baxımından «yanmış» olduğundan
acıqlanır). 1. Fərəcullah Abidi (Bakı İslam Mərkəzinin rəisi). 2. Qoreyşi
(həmin mərkəzin rəis müavini). 3. Fərrüxi (Göyçay rayonu üzrə baş
təbliğatçı). 4. Qeybi (Ağdam rayonu üzrə baş təbliğatçı). 5. Müdəbbir və
Aşuri (Gəncə şəhər üzrə baş təbliğatçılar). 6. Əlla Kənani (Lənkəran şəhər
üzrə baş təbliğatçı). 7. Kazımzadə (Xomeyni adına yardım komitəsinin Bakıdakı
nümayəndəsi). 8. Təbatəbai (Masallı rayon üzrə baş təbliğatçı). 9.
Muradzadə (İslami Təbliğat Təşkilatının qaçqınlar düşərgəsi üzrə
nümayəndəsi). 10. Qurban Kərmixani (Bakı İslam Mərkəzinin maliyələşdirdiyi
«Qələm» qəzetinin Tehran tərəfindən təyin edilmiş redaktoru). 11. Rəsul
Xeyzərlu (Quba rayon üzrə baş
təbliğatçı).
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|