İRAN PİRUZ DİLƏNÇİNİN TUTULUB TƏHVİL VERİLMƏSİNİ TƏLƏB EDİR

10.09.1996


«Hüriyyət» Qəzetindən:

Mötəbər mənbələrin verdikləri məlumata görə, rəsmi Tehran Azərbaycanın xarici işlər naziri Həsən Həsənovdan Azərbaycan mətbuatında İran əleyhinə gedən yazılara son qoyulması ilə yanaşı, Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbəri Piruz Dilənçini və başqa mühacirlərin tutularaq İrana göndərilməsini tələb edib.
İranın ultimatum şəklində verilmiş bu tələbini sözü gedən ölkənin Bakıdakı səfirliyi də təsdiqləyib.
İran səfirliyindən bildiriblər ki, Tehran həm də Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının Bakıdakı komitəsinin fəaliyyətinə son qoyulmasını tələb edir.
Azərbaycanın xarici işlər naziri Həsən Həsənovun İranın bu tələbinə münasibəti məlum olmasa da, xarici məsələlər üzrə dövlət müşaviri Vəfa Quluzadə «İranlı mühacirlərin Tehrana təhvil veriləcəyinə inanmadığını» bildirir.