PİRUZ DİLƏNÇİ HƏBS EDİLDİ
10.12.2002

CAMAH-ın Bakı təmsilçisi Piruz Dilənçi şantajlara məruz qalaraq, müxtəlif bəhanələrlə, qeyri-qanuni, qondarma maddələr əsasında cari ayın 5-i bir dəstə quldur polis tərəfindən həbs edilib və bu günə qədər qaranlıq və soyuq zirzəmilərdə həddsiz dərəcədə pis şəraitdə saxlanılır. Artıq soyuq və aclıqdan müxtəlif xəstəliklərə düşmüşdür. Onun taleyi barədə heç bir məlumat yoxdur, çünki Piruz Dilənçi barədə bizə məlumat vermirlər. Onun sağ və salamat olduğundan da əmin deyilik. Yalnız soyuq və qaranlıq zirzəmilərdə işgəncələrə məruz qaldığı və xəstəliklərə duçar olduğu barədə məlumatımız var.

ƏZİZ SOYDAŞLAR!
Dünyanin harasinda olmağınızdan asılı olmayaraq, Azərbaycan dövlətinə, BMT-yə və başqa təşkilatlara müraciətlə Piruz Dilənçinin azadlığını tələb edin.

CAMAH-ın Bakı Komitəsi