ÇAĞIRIŞ
10.2.2005

Xalqımızın ən dəhşətli cinayətlərə məruz qaldığı faciyələrdən biri olan Xocalı Soyqırımının 13-cü ildönümü münasibəti ilə Amerikanın Washington DC şəhərində e'tiraz aksiyası keçiriləcəkdir.
Mərasim məşhur Dupont Meydanından başlanacaq və hazırlanmış planlar əsasında işğalçı Ermənistanın səfirliyi istiqamətində yürüş edərək səfirliyin qarşısında qətnamə oxunacaq və səfirə etiraz notası veriləcəkdir. Qeyd etmək lazımdır ki, aksiyanın icrasına rəsmi icazə alınıb və bütün lazimi tədbirlər öncədən görünmüşdür.
Bu tədbirdə fəal iştirakımızla haqlı səsimizi dünya ictimaiyyətinə çatdiraq!
Ən dərin sayqılarla: Həmid Arazli
Zaman : Fevral 25 saat 12.00
Ünvan : Dupont Circle Washington DC 20036