include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
"İran dövləti
Piruz Dilənçi və Aslan Xalidinin Azərbaycan prezidentinin qarşısındakı çıxışına qarşı
etiraz notası verdi"
|
11.10.1994
Məlumat verdiyimiz kimi cari il oktyabr ayının 4-ü Bakıda dövlət çevrilişinə cəhd edilmişdir. Heydər Əliyevin xalqa canlı müraciətindən dər hal sonra on minlərlə azərbaycanlı, o cümlədən bir çox siyasi partiya liderləri dövlətçiliyimizin müdafiəsi niyyəti ilə Bakı şəhərində prezident aparatının qarşısında toplaşdılar. Onlar hamısı Prezidentin çağrışına mübət cavab verən onlarla görkəmli, ictimai-siyasi xadim və ziyalının içində CAMAH-ın nümayəndələri Aslan Xalidi və Piruz Dilənçi də iştirak edirdiər.
İranın bir çox qəzetləri hadisəyə münasibət bildirməklı şovinist dövlətin fikrini açıqladılar. Onlardan biri də "Keyhane Həvayi" qəzeti idi.
"Keyhane Həvayi" qəzeti Oktyabr ayının 11-i bu mövzuya böyük yer ayırmışdır. Qəzetdan bir parçanın tərcüməsini olduğu kimi təqdim edirik:
|
"Keyhane-Həvayi" qəzeti:
"Düşünülməmiş və misilsiz bir hərəkt nəticəsində Bakı televiziyası İranı parçalamaq istəyən iki İranlı qaçqının axmaqcasına söylədiklərini canlı olaraq yayımladı.
İran İslam Respublikasının Azərbaycandakı səfiri İranı parçalamaq istəyən iki İranlı qaçqının abtal çıxışlarına qarşı İran dövlətinin rəsmi etiraz notasını Azərbaycanın Xarici İşlər Nazirinə təqdim etdi.
Bakı televiziyası düşünülməmiş və misilsiz bir hərəkət nəticəsində prezidentin müşavirinin içtirakı ilə H.Əliyevin tərəftarlarının mitinqində iki iranlı qaçqının axmaqcasına söylədiklərini bütövlüklə yayımladı.
Bakı televiziyasının müxbiri bildirilən məlumatdan sonra İran Azərbaycanın parçalnması mövzusunu irəli sürüb, özünü ziyalı hesab edən iki iranlının biri ilə müsahibə aparmışdır.
"Keyhane-həvai" qəzetinin verdiyi məlumata əsasən Azərbaycanlıların mitinqində iştirak edən naməlum şəxs H.Əliyevi yalnız Şimali Azərbaycan prezidenti kimi yox, həm də Cənubi Azərbaycanın prezidenti kimi qələmə vermişdir. Prezidentin muşaviri Qabil Hüseynli mitinqdə iştirak edən iki iranlı qaçqını "İrandan gəlmiş" qonaqlar kimi təqdim etmişdir.
"Keyhane-Həvayi" qəzetinin xəbər servisi buna inanır ki, Q.Hüseynlinin bu həəkəti H.Əliyevdən xəbərsiz ola bilməz. Xəbər servis əlavə edir: naməlum çıxışçı öz əməkdaşını P.Dilənçi kimi təqdim etmişdir. O, Heydər Əliyevin müxaliflərinə xəbərdarlıq edərək bildirmişdir ki, Cənubi Azərbaycan gənclərinin səbrləri tükənərsə onlar H.Əliyevin müdafiəsinə qalxacaqlar.
Piruz Dilənçi Bakı televiziyasına verdiyi müsahibədə özünü Azərbaycanın milli şair və yazıçısı kimi təqdim edib, demişdir:
"Azərbaycan istiqlaliyyatinin düşmənləri bilməlidirlər ki, Azərbaycan yalnız Bakı, Gəncə və Naxçıvan deyil. Azərbycan həm də Təbriz, Ərdəbil və 25 milyon Cənubludan ibarətdir.
Aparılmış təhqiqat və araşdırmalar nəticəsində məlum olmuşdur ki, Piruz Dilənçinin əsl adı Əli İsmail Firuzdur. O, 1984-1988-ci illər rası "Varlıq" jurnalının əməkdaşı olmuşdur..."
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|