include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
«MƏNİ ÖLDÜRMƏK İSTƏYİRLƏR!»
|
12.01.2000
Doktor Mahmudəli Çehreqani bu gün səhər bizimlə saxladığı əlaqədə rejimin artıq onu və ailəsini öldürmək qərarında olduğunu bildirdi. O, bunları söylədi: «2-3 gündür ki, evimə anonim zənglər olunur. Onlar məni söyür, təhqir edir və ölümlə hədələyirlər. Dünən isə mötəbər mənbələrdən sızan xəbərə əsasən məlum olub ki, Ettelaatın planına görə qərardır ki, bir dəstə müzur və bandit mənim evimə hücum edərək, evimin qapısını sındırsınlar və özümlə ailə üzvlərimi birlikdə oda çəkib, yandırsınlar. Hadisədən sonra isə, rejim bəyanat yayaraq, bildirsin ki, guya evimə hücum edənlər, mitinqlərdə həbs edilənlərin ailə üzvləridirlər. Mən bu başdan məlumatı verməklə, dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edir və baş verə biləcək hər hənsı bir hadisənin məsuliyyətinin rejim öhdəsinə oldu»unu bəyan edirəm».
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|