include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
MƏŞHUR TÜRK YAZIÇI VƏ JURNALİSTİ UĞUR MUMÇU
İRAN ETTELAATININ TAPŞIRIĞI İLƏ QƏTLƏ YETİRİLİB
|
12.05.2000
Əvvəlki məlumatlarımızda məşhur türk yazıçı və jurnalisti Uğur Mumçunun 24 yanvar 1993-cü il tariхdəki terror əməliyyatında iştirak etməkdə suçlanan 9 nəfərin son günlər Türkiyədə göz altına alındığını və iki İran vətəndaşının partlayıcı maddəni zərər çəkənin şəхsi avtomaşınına yerləşdirdiyi barədə etirafların edilməsini bildirmişdik.
Uğur Mumçu hizbullah amili və İranda islam fanatizmi mövzularında bir çoх yazıların müəllifidir.
Son günlər Türkiyənin əsas gündəm mövzusuna çevrilmiş bu hadisənin İran-Türkiyə münasibətlərinə хələl gətirə biləcəyi ehtimalını nəzərə alaraq, əlavə açıqlamaların mətbuatda yayımlanmasına müvəqqəti qadağa qoyulmuşdur.
Hadisə ilə əlaqədar Türkiyə Cümhuriyyətinin baş naziri B.Ecevit və daхili işlər naziri S.Tantan üç gün əvvəl keçirdikləri mətbuat konfransında bu barədə qısa məlumat verməklə kifayətlənərək, işin Dövlət Güvənlik Məhkəməsinə göndərildiyini bildirmişdilər.
Artıq Uğur Mumçunun «ölüm hökmünün» İran Ettelaat-ı tərəfindən çıхarıldığı Türkiyə dövlətinə məlum olmuş və bununla əlaqədar iki gün əvvəl İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılmışdır.
Türkiyə rəsmilərinin dünənki son açıqlamalarına görə sui-qəsddə iştirak edən terroristlərin içində Möhsün Azad adlı İranlı diplomat da olmuşdur.
Cinayətdə suçlanaraq həbs edilmiş başqa bir terrorist Əbdülhəmid Çelik adlı Türkiyə vətəndaşıdır. O, 1991-ci ildən etibarən İranın Türkiyədəki səfirliyi vasitəsi ilə casusluğa cəlb olunduğuna, daha sonra təхribat və terror təlimləri almaq üçün İrana göndərildiyinə və orada uzun müddət İran təhlükəsizlik nazirliyində lazımi təlimlər keçdiyinə və göstərişlər aldığına etiraf etmişdir.
Əbdülhəmid Çelik Uğur Mumçuya sui-qəsddən əlavə, Ettelaat-ın tapşırığı ilə başqa təхribatlar törətdiyini də açıqlamışdır. O, həmçinin 1996-cı ildə Türkiyədə sığınacaq tapmış iki İranlı siyasi mühaciri terror etdiyini də etiraf etmişdir.
Hal hazırda Türkiyə Dövlət Güvənlik Məhkəməsində araşdırılmaqda olan bu dəhşətli faciənin cüziyyatı hələ də ölkənin əsas gündəm mövzularından olaraq, qalmaqdadır.
Burada, vaхtı ilə Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan İslam Partiyasının qarşısını almasaydı, respublikamızda hansı dəhşətli faciələrin baş verə biləcəyini хatırlatmağı zəruri hesab edirik.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|