GÜLÜNC VƏ ZİDDİYYƏTLİ OYUNLAR
12.07.1999

Mühafizəkarları dəstəkləyən “Sazemane Təbliğate Eslami” yəni (İslami Təbliğat Təşkilatı) хalqa müraciət edərək onları mitinqə çağırıb. Tehranda 1.000 000 iştirakçısı olan mitinq keçirilib. Mə’lumata əsasən bu mitinqin keçməsinə bir neçə gün bundan əvvəl hazırlıq görülmüşdür. Mitinqdə Xatəmi , onun islahatçı siyasəti və tələbələrin hərəkətləri pislənilmiş, Xaməneyi dəstəklnmişdir. Tələbələrin Seçilmiş Şurası bəyanat verərək mitinqdə iştirak edəcəklərini bildiriblər. Onlar bəyan ediblər ki, gələn həftənin şənbə gününə qədər bütün mitinq aksiyaları onlar tərəfindən dayandırılacaq.