TƏBRİZDƏ HƏBSLƏR DAVAM EDİR
13.03.2000

1999-cu ilin dekabr ayından sonra həbs edilmiş yüzdən artıq cənublu məhbusun mühakiməsi ötən həftədən başlanmış və bəzilərinin barəsində artıq məhkəmə qararı da çıxarılmışdır. Hərəkat fəallarının mühəkiməsi Təbriz İslami İnqilab Məhkəməsində davam edir.
İnqilab Məhkəməsinin dünənki iclasından sonra aşağıdakı soydaşlarımız barədə qərar çıxarılmışdır:
Məhərrəm Cəfəri, Xəlil Vəlizadə və Cəmşid Zareyi hər biri 3 il müddətinə, Əzizullah Vəlipur və Adigözəl Təbrizli 3 il 6 ay müddətinə, Qədir Azəri isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir.