CAMAH-ın PİKETİ TƏXİRƏ SALINDI
13.05.2000

Doktor Mahmudəli Çöhrəqanlının həbsinə etiraz əlaməti olaraq CAMAH Bakı Komitəsinin 15 may 2000-ci il tarixdə İranın Bakıdakı səfirliyinin binası qarşısında keçiriləcəyini planlaşdırdığı piket təxirə salındı.
Qeyd etdiyimiz kimi bu, CAMAH-ın ilk «icazəli» tədbiri olmalı idi. Buna səbəb isə təşkilat üzvlərinin dəfələrlə hüquq mühafizə orqanlarında «qanunsuz aksiyalarda» iştirak etməyəcəkləri barədə verdikləri çoxsaylı iltizamlardır.
Təyin olunmuş zamanda piketin keçirilməsinə icazə almaq niyəti ilə Piruz Dilənçi yazılı ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. BŞİH başçısının müavini E.Əzizovun dünən P.Dilənçinin ərizəsinə verdiyi rəsm cavabda «Azərbaycan Respublikasının müasir geosiyasi milli maraqlarını nəzərə alaraq, planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik» -deyə, piketin keçirilməsinə icazə verilmədiyini bildirmişdir.
CAMAH təşkilat katibliyi bildiri ki, «piketin keçirilməsinə icazə almaq niyyəti ilə əvvəlcədən açıqlama verdiyimizi və etiraz aksiyalarının qarşısını almaqda az məharəti olmayan şəhər polisini hazır vəziyyətə gətirdiyimizi nəzərə alaraq, tədbirin bir neçə gün təxirlə keçirilməsinə qərar vermişik».