include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
İRAN MƏCLİSİ SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏN
NAMZƏDLƏRİN QEYDİYATA ALINMASI BAŞLANDI
|
13.12.1999
Dünən İran İslami Şura Məclisinin seçkilərində iştirak edəcək namzədlərin qeydiyata alınma prosesi başlandı. CAMAH-ın
Tehran şəhər komitəsindən verilən məlumata əsasən qeydiyatın ilk günü ümum İran üzrə 324 namzəd müvafiq
sənədlərini mərkəzi skçki komisiyasına təqdim etmişdir. Onların 7 nəfəri qadındır. Qeydiyata alınma prosesi davam
edəcək.
Qeyd etmək lazımdır ki, seçkilərə iki ay tamam qalır.
Ölkənin mərkəzi seçki komissiyasının verdiyi məlumata əsasən, etibarnamələri və səlahiyyətləri təsdiq olunmayan
namzədlərin siyahısı seçkilərdən 9 gün əvvəl elan ediləcək. Bu isə səlahiyyətləri təsdiq olunmayacaq namzədlərin etiraz
proseslərini təmin etməyən müddətdir və İran rejimi məqsədyönlü olaraq hər dövr namzədləri bu problemlə
qarşı-qarşıya qoyur. Ötən dövr Doktor Mahmudəli Çehreqanini də bu variyantla seçkilərdən uzaqlaşdırdılar.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|