include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
AZƏRBAYCAN ƏSRİMİZİN ƏN BÖYÜK SİYASİ XADİMİNİ İTİRDİ
|
13.12.2003
Uzun müddət xəstəliklə mücadilə edən Azərbaycan Prezidenti Heydər Əlirza oğlu
Əliyev dünən ABŞ-da həyatını dəyişdi.
Heydər Əliyevin iqtidarı dövründə Azərbaycan Respublikasında Cənubi Azərbaycanın
milli azadlığı uğrunda gedən haqlı mübarizəmizə hər tərəfli dəstək verilmişdir.
Sovetlər dönəmində isə "İran Azərbaycanı" termininin "Cənubi Azərbaycan" ifadəsi ilə
dəyişilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə olmuşdur.
Heydər Əliyev gənc yaşlarından Cənubi Azərbaycanı düşünmüş və bu sahədə əlinə
düşən ən kiçik fürsətdən yararlanmışdır. Pişəvəri dövlətinin naziri Məhəmməd Biriyanın
da sürgündən geri qaytarılması o dönəmin gənc zabiti Heydər əliyevin təşəbbüsü ilə
həyata keçirilmişdir.
Bütün bunlardan əlavə bu günün özünə qədər də Heydər Əliyev müxtəlif diplomatik
yollar və vasitələrdən bəhrələnməklə, Cənubi Azərbaycan mövzusunu gündəmdə saxlamağa
cəhd göstərmişdir. "Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vətənidir",
"Vətənin o tay-bu tayı yoxdur", "Mən İran deyəndə Cənubi Azərbaycanı nəzərdə tuturam" və onlarla
bənzər bu diplomatik cümlələrin müəllifinin Cənubi Azərbaycan haqqında nə düşündüyünü anlamaq
çox çətin deyil.
İran rejimi tərəfindən verilmiş yüzlərlə nota və rəsmi etiraz məktublarına baxmayaraq,
CAMAH-ın on illik fəaliyyətinin Bakıdan yönləndirildiyi də Heydər Əliyev hakimiyyəti dönəmində
həyata keçirilmiş və dünya səviyyəsinə çıxarılmışdır.
CAMAH rəhbərliyi və üzvləri böyük siyasi xadim Heydər Əliyevin ölüm xəbərini sarsıntılarla qarşıladı.
Dərin hüzün və kədər hissləri ilə Bütöv Azərbaycan xalqına baş sağlığı veririk. Bütün türk dünyasının
başı sağ olsun!
CAMAH Siyasi Şurası, 13.12.2003
|
|
| |
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|