CAP-ın SƏNƏDLƏRİ OĞURLANIB !
14.02.2000

Ötən ayın son günlərində CAMAH və CAP-ın Bakı şəhəri Dilarə Əliyeva 190 nömrəli ünvanında yerləşən müvəqqəti qərargahında mebeldən tutmuş sənədlərə qədər, hətta Azərbaycan bayrağı da oğurlanmışdır. Hadisə ilə bağlı təşkilatın mühafizə xidmətinin məsulları tərəfindən Bakı şəhəri Polis İdarəsinin 22-ci bölməsinə rəsmi şikayət ərizəsi ilə müraciət olunmuşdur. Polis Bölməsinin Cinayət Axtarışı işçiləri tərəfindən aparılan təhqiqat nəticəsində məlum olmuşdur ki, əmlak və sənədlər CAP və CAMAH-dan qovulmuş CAVAD İSMAİLİ adlı dələduz tərəfindən oğurlanıb.
Dünən faks vasitəsi ilə KİV-ə göndərilmiş «bəyanat»ın da ağ blankı qərargahdan oğurlanmış sənədlərdəndir. «Bəyanatda» göstərilir ki, guya «CAP-ın növbədən kənar iclası keçirilib və P.Dilənçi CAP-dan xaric edilib». (!!) Bu özbaşınalığın həddini aşaraq, Cavad İsmaili adlı mənəviyyatsız şəxsin tərəfindən tənzimlənmiş əsassız bir iddiadır.
Məlumat üçün bir daha qeyd etməliyik ki, hələlik CAP-ın həqiqi və hüquqi varlığı yoxdur. CAP-ın yalnız təşəbbüs qrupu seçilib və həmin qrupa Doktor Çehreqani rəhbərlik edir. Onun isə Azərbaycandakı vəkili və tamam səlahiyyətli nümayəndəsi Piruz Dilənçidir. Yanvar ayının 17-si CAP Təşəbbüs Qrupunun rəsmi bəyanatı ilə Cavad İsmaili CAP-dan qovulmuşdur.
Almaniyada yaşayan Nurəddin Qərəvi və Türkiyədə yaşayan Məhəmməd Müştaq cənabları isə «Azadlıq» radiosuna verdikləri müsahibədə onların xəbəri olmadan adlarının CAP Təşəbbüs Qrupuna daxil edildiyini bəyan etmiş və bunu təkzib etdiklərini bildirmişlər.
Özünu «CAP mətbuat xidmətinin rəhbəri» qələmə verən simasız şəxsin CAP-a heç bir aidiyyəti yoxdur və ümumiyyətlə CAP-da belə bir təyinat mövcud deyil.