XATƏMİYƏ MÜRACİƏT
14.09.1999

«Kanune Mostəqille Daneşcuyane Təbriz» (Təbriz Tələbələrinin Müstəqil Ocağı) tərəfindən prezident Xatəmiyə məktub göndərilib. Məktubda bildirilir ki, «Tələbə hərəkatında həbs olunan 30 tələbə Təbriz təcridxanasında saxlanılır. Onların 16 nəfəri qız, qalanı oğlandır. Həmin tələbələrin vəziyyəti çox ağırdır. Onların sağlamlığı təhlükə qarşısındadır, bəziləri hətta ölümcül haldadırlar. Bununla əlaqədar sizə müraciət edirik ki, onlara şəxsi nəzarət edəsiniz».