DOKTOR ÇEHREQANİNİN İŞİNƏ YENİDƏN BAXILACAQ
15.02.2000

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Doktor Mahmudəli Çehreqaninin həbsindən 9 gün keçir. CAMAH Təbriz Komitəsindən verilən məlumata əsasən Doktor Çehreqaninin həyat yoldaşı dünən onunla görüşə bilib. Görüşdə Doktor Çehreqani həyat yoldaşına bildirib ki, İslami İnqilab Məhkəməsinin ona qarşı qaldırdığı ittihamları əsassız hesab etdiyindən rəsmi etiraz ərizəsi ilə məhkəməyə müraciət edib.
Məlumatda fevral ayının 18-i Doktorun işinə yenidən baxılacağı bildirilib.
Bunlara münasibət öyrənmək məqsədi ilə doktorun həyat yoldaşı ilə saxladığımız əlaqədə, o, bütün deyilənlər təsdiqləyərək, doktorun fiziki durumunun ağırlaşdığını da bildirdi.