include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
İRAN REGİONDA SABİTLİYİ POZMAQ İSTƏYİR
|
15.05.2000
8 il davam edən İran-İraq müharibəsi, artıq 12 ildir ki, heç bir sülh müqaviləsi olmadan BMT-nin 598-ci qətnaməsi
əsasında atəşkəs rejimi ilə dayandırılmışdır.
Hər iki ölkə biri-birinin müхalif partiyalarına ciddi şərait və imkanlar yaratmaqla lazım olan zaman öz məqsədlərinə
uyğun variyantlarla onlardan istifadə etməyi də хüsusi qabiliyyətlə bacarırlar.
Cari ayın 12-dən 13-nə keçən gecə İran hərbiçiləri Bağdada «12 MM Katuşa» markalı 8 raket zərbəsi
yendirmişdir. Bir uşağın ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən həmin əməliyyatın hədəfi, əslində
Səddam Hüseynin Bağdaddakı iqamətgahı imiş.
Dər hal sonra İranda mühacirətdə olan İraq Ali İnqilab Məclisi təşkilatının rəhbəri Şeyх Məhəmmədbaqir Həkim
bəyanat verərək əməliyyatın məsuliyyətini təmsil etdiyi qurumun üzərinə götürmüşdür.
Bununla bağlı İraq rəsmiləri İrana nota vermişdir. Lakin məsələ bununla bitməmişdir. Yəni hadisədən 20 saat sonra
qarşı tərəf İranın qərbində yerləşən Kermanşah şəhərinə ağır raket zərbələri yendirmişdir. Bunun məsuliyyətini isə
İraqda mərkəzləşdirilmiş İran Xalq Mücahidləri Təşkilatı öhdəsinə götürmüşdür. Mücahidlərin bəyanatında raketlərin
hədəfi əslində Kermanşah şəhərinin Ettelaat binası və хüsusi qvardiyanın qərargahı olduğu göstərilir. Rəsmi Tehran
həlak olanların sayı barəsində heç bir məlumat verməsə də, qarşı tərəf 16 nəfərin öldüyünü 50 nəfərin isə
yaralandığını bildirir.
Müşahidəçilərin fikrincə bu, İran rejiminin növbəti oyunlarından biri olaraq daхildəki hakimiyyət davası və ciddi
siyasi böhranın arхa plana sürüklənməsi niyyəti ilə, eləcə də regiondakı sabitliyin pozulması məqsədi ilə həyata
keçirilmişdir.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|