TƏBRİZDƏ FACİƏ
15.08.1999

Dünən Təbrizin Qırx metri məhəlləsində qeyri insani faciə baş vermişdir.
Ettelaat məmurları son tələbə hərəkatında iştirak etmiş Əli adlı soydaşımızın evinə girərək onu həbs etmək və evdə vəhşicəsinə axtarış aparmaq istədikləri zaman, Əlinin hamilə həyat yoldaşı Fatimə xanım fiziki və ruhi xəsarət almışdır. Fatimə xanımın dünyaya göz acmamış övladı xəstəxanaya çatmadan öncə tələf olmuşdur.
Qonşular məmurların vəhşi əməlinə kütləvi etiraz etmiş, toqquşma baş vermiş, Əli qaçsa da bir neçə nəfər həbs edilmişdir.