AZƏRBAYCAN RESPUBLİKASININ
BAŞ PROKURORU ELDAR HƏSƏNOV CƏNABLARINA,
DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV CƏNABLARINA,
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ NAMQ ABBASOV CƏNABLARINA,

M Ü R A C İ Ə T !
15.10.1999

Nəzərinizə çatdırıram ki, təmsil etdiyim Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH) təxminən doqquz ildir ki, durmadan və dönmədən Cənubi Azərbaycanlıların uzun illər boyu taptalanmış millm hüquqlarının bərpası uğrunda mübarizə aparır.
Böyük vətənimizin azad olunmuş kiçik hissəsi sayılan müstəqil şimali Azərbaycan respublikasında fəaliyyət göstərdiyimiz dövrdə Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyi naminə göstərdiyimiz xidmətlər də göz qabağındadır.
İran rejimi və onun Azərbaycandakı muzdurları tərəfindən dəfələrlə hədələr, təqiblər və təziqlərə məruz qaldığımız barədə məlumat, bir neçə dəfə ictimaiyyətin nəzərinə çatdırılmışdı. Lakin son vaxtlar əldə etdiyimiz məlumat və üzləşdiyimiz hadisələr bizi rəsmən sizə müraciət etməyə məcbur etdi.
Dünən Oktiabr ayının 14-ü saat 11 radələrində iş yerimə getmək məqsədi ilə yaşadığım evdən çıxamaq istədiyim zaman 10 DV 790 dövlət nömrəli, ağ rəngli və qara şüşəli Lada avtomaşınından tanımadığım 4 nəfər (birində silah, ikisində isə ratsiya var idi) mənə hücum edərkən, mənimlə bərabər evdən çıxan 2 nəfər cənublu və 2 nəfər şimallı dostumun müqaviməti il üzləşdikdən sonra, aradan çıxa bildilər! Məhəllə sakinləri yaranmış səsə-küyə çıxarkən, məlum oldu ki hücumcular hələ dünən gecədən hadisə yerində əməliyyata hazırlıq aparırmışlar.
Mən, bu gün məlumatı kütləvi informasiy vasitələrinə təqdim etməklə, fiziki təhlükəsizliyimin təmin olunması barədə siz tərəfdən lazımi tədbirlərin görünməsini xahiş edirəm.

Dərin hörmətlə:
CAMAH Bakı Komitəsinin sədri
Piruz DİLƏNÇİ
15.10.1999