TƏBRİZLİ TƏLƏBƏLƏR UZUNMÜDDƏTLİ HƏBSƏ MƏHKUM OLDULAR
15.11.1999

Ötən ayların tələbə hərəkatında həbs olunmuş yüzlərlə tələbənin məhkəmə prosesi, gecikdirilmiş və ədalətsiz də olsa, davam etməkdədir.
Dünən həbs olunmuş tələbələrin daha bir qrupunun işinə baxılaraq, Təbriz İslami İnqilab Məhkəməsi 14 tələbəni uzunmüddətli həbslərə məhkum edib. Vəkillərin iştirakına icazə verilməyən məhkəmədə, tələbələr «içtimai asayişi pozmaqda, dövlətçiliyə xələl gətirməkdə və dövlət məmurlarına müqavimət göstərməkdə» kimi ittihamlarla günahlandırılıblar.