PİRUZ DİLƏNÇİNİN YUBLEYİ KEÇİRİLDİ
16.05.2001

Bu gün May ayının 16-sı Piruz Dilənçinin doğum günü münasibəti ilə CAMAH Təşkilat Komitəsi tərəfindən Azərbaycan Respublikasının ən təmtəraqlı əyləncə mərkəzi sayılan BƏM-də təntənəli yubiley mərasimi keçirildi.
Beş saatdan artıq davam edən bu sözlü-nəğməli mərasimdə Azərbaycanın bütün televiziya kanalları və ən aparıcı mətbuat nümayəndələri ilə yanaşı, yüzə yaxın iqtidar və müxalifəti təmsil edən millət vəkili, partiya lideri, şair, bəstəkar və musiqi ulduzları iştirak edirdilər. Onlardan Əli Kərimov (AXCP sədri, millət vəkili), Nəriman Həsənzadə (Mətbuat və İnformasiya nazirini müavini, şair), Əliyar Səfərli (Diplomat, tarixçi), Eldar Mansurov (Bəstəkar), Əlməmməd Nuriyev (Millət vəkili), Abbas Abdulla (diplomat, şair), Qüdrət Həsənquliyev (MSK katibi), Zəlimxan Yaqub (Millət vəkili, şair). Cavanşir Quliyev (Bəstəkar) və başqaları öz çıxışları ilə Piruz bəyi təbrik etdilər.
Məclisdə həm də Piruz Dilənçinin «Qəribə taleyim var imiş mənim» adlı şerlər kitabının, sözlərinə bəstələnmiş mahnılardan ibarət iki audio kaseti və iki CD-nin təqdimat mərasimi də keçirildi.
Məclisdə Cənubi Azərbaycan, Rusiy, İsveç və Amerikadan da qonaqlar iştirak edirdilər.
Azərbaycanda ilin ən mühtəşəm yubiley mərasimi kimi qeyd edilən bu tədbirdə müasir musiqimizin ulduzlarından Flora Kərimova, Səməd Səmədov, Ruhəngiz Allahverdiyeva, Cavan Zeynallı, Mübariz Tağıyev, Nisə Qasэmova, Heydər Anatolu, Manana, Elxan Şirinov, Fatimə, Almaz Ələsgərli, İlqar Muradov və başqaları Piruz Dilənçinin sözlərinə bəstələnmiş mahnılar ifa etdilər.