BEYNƏLXALQ ƏFV TƏŞKİLATI
TƏBRİZƏ KOMİSSİYA GÖNDƏRƏCƏK
17.01.2000

Cənubi Azərbaycanda, xüsusiylə də Təbrizdə baş vermiş son olayların gündəlik raportunun CAMAH tərəfindən Beynəlxalq Əfv Təşkilatına verildiyi və həmin təşkilatın məsul nümayəndələri ilə müzakirələrin aparıldığı barədə məlumat vermişdik.
Yaxın günlərdə Təbrizdəki hadisələrin mahiyyətini yerindəcə araşdırmaq, məhbuslarla maraqlanmaq və doktor Çehreqaninin durumu ilə tanış olmaq məqsədilə, Beynəlxalq Əfv Təşkilatının nümayəndə heyəti İrana işgüzar səfər edəcək. Məlumatı həmin təşkilatın İran və Azərbaycan üzrə xüsusi sekretarı Dreyviri Dikki CAMAH nümayəndələri ilə telefon danışığı zamanı bildirmişdir.
Qeyd etmək lazımdır ki, Cənubi Azərbaycanın əsas şəhərlərində, xüsusiylə Təbriz və Urmiyyədəki gərginlik davam ktməkdədir.