PİRUZ DİLƏNÇİ MƏHKƏMƏYƏ ÇAĞIRILDI
17.05.2000

Milli Məclisin deputatı Mətləb Mütəllimovun şikayətinə əsasən 28 iyun 1999-cu il tarixdə Yasamal Rayon Prokurorluğunda CAMAH Bakı komitəsinin sədri Piruz Dilənçinin əleyhinə başlanmış cinayə işi 21 aprel 2000-ci il tarixdə adı çəkilən prokurorluqda yekunlaşdırılaraq Yasamal Rayon Məhkəməsinə göndərilmişdi.
Bu gün Piruz Dilənçi məhkəməyə çağırılmış, cinayət məcəlləsinin 122-ci maddəsinin 2-ci hissəsi ilə təqsirkar olduğu bildirilmişdir. Ona verilən ittihamnamədə «M.Mütəllimovu qəsdən təhqir etdiyi» əsas göstərilərək barəsində cinayət işinin başlanması bildirilir.
Son qərarın çıxarılması üçün cari ayın 22-si saat 11.00-da hakim Hidayət Süleymanovun sədirliyi ilə Yasamal Rayon Məhkəməsində işə baxılacaq.
Məhkəmə prosesində P.Dilənçidən başqa M.Mütəllimov və «Etimad» qəzetinin əməkdaşları Mehparə Quluzadə və Etibar Quliyev də iştirak edəcəklər.