TƏBRİZLİ TƏLƏBƏLƏR UZUN MÜDDƏTLİ HƏBSƏ MƏHKUM OLUNDULAR
17.09.1999

Təbriz şəhər İnqilab Məhkəməsinin başçısı Hüccətülislam Ağazadə öz çıxışında son vaxtlar həbs olunmuş 21 azərbaycanlı tələbənin uzun müddətli həbslərə məhkum olunması xəbərini açıqlamışdır. Onun dediyinə görə bu günə qədər həbs edilmiş tələbələrdən 260 nəfərin işinə baxılmış, 70 nəfərin barədə qərar çıxarılmışdır. Bunlara baxmayaraq qeyri-rəsmi mənbələr həbs olunanların sayını 1000 nəfərdən artıq olunduğunu və onlardan üç nəfərinin işgəncə altında keçindiyini xəbər verirlər.