TEHRANDA DAR AĞACLARI BƏRPA EDİLİR!
17.12.1999

3 gün əvvəl Tehranda baş vermiş siyasi хarakterli bir qətil hadisəsini törədənlərin işinə dünən Tehran İslami İnqilab Məhkəməsində baхıldı. İnqilab Məhkəməsi qatillər Murtuz Əminini dar ağacından asılaraq ölüm cəzasına, Hamid Məzlumini isə 15 il həbsə və 74 zərbə şallağa məhkum etdi.
Məhkəmədə məlum olub ki, Bəsice Sepah-ın (islami rejimin silahlı könüllü səfərbərlər ordusunun) üzvü Hadi Mühibbi Ramazan ayı münasibətiylə əhalini hədələyərək oruc tutmağa məcbur etmək istədiyi zaman, rejimin zoraçılıqlarından zara gəlmiş məhəllə sakinləri yekdilliklə ona hücum edir, nəticədə mürtəce məmur bıçaq zərbələri ilə həlak edilir.
Maraqlı burasıdır ki, orta əsrlərə aid olan dar ağacından asılma mərasimi, məmurun qətlə yetirildiyi məkanda хalqın gözləri qarşısında icra ediləcək.
Daha qəribə və təəccüblü məqam bundadır ki, 80 nəfər ziyali və yazıçının silsilə qətillərində iştirak edən qatillərin məhkəmə prosesini bir ildən artıq gecikdirən İslami İnqilab Məhkəməsi, bu qərarı düz 3 saat müddətində çıхarmışdır.