include ("sol.shtml");
if (!isset($page)){ $page=1;}?>
|
FARS ŞOVİNİZMİ
ÇEHREQANİNİ ƏDALƏTSZ MƏHKƏMƏYƏ ÇAĞIRIB!
|
18.01.2000
CAMAH-ın Təbriz komitəsindən verilən xəbərə əsasən dünən günün ikinci yarısında Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbəri Doktor Mahmudəli Çehreqani Təbrizin İslami İnqilab Məhkəməsinin 3-cü şöbəsinə çağırılıb.
Məlumatı dəqiqləşdirmək üçün doktorla saxladığımız əlaqədə, o bunları söylədi: «Dünən saat 14 radələrində Təbrizin İslami İnqilab Məhkəməsindən mənə rəsmi çağırış vərəqəsi gətirilib. Vərəqədə göstərilir ki, 48 saat müddətinə cavabdeh qismində məhkəmədə hazır olmalıyam. Xatırladıram ki, hal hazırda həbsdə olan İranın keçmiş daxili işlər naziri Abdullah nurini də eyni variyantla çağıraraq, həbs etmişdilər. Hər halda, mən sabah səhər çağırılan yerə gedəcəyəm və heç nədən qorxmuram. Qoy məni həbs etsələr də, etsinlər! Mən hətta dar ağacından da asılmağa hazıram»!
Əlavə etmək lazımdır ki, İranda iki növ məhkəmə fəaliyyət göstərir. Bir Ümumi Xalq Məhkəməsi, biri isə İlami İnqilab Məhkəməsi. Birincidə ümumi və hüquqi cinayət törədən şəxslərin işinə baxılır, ikincidə isə siyasi ittihamlarda günahlandırılan şəxslərin.
|
|
include ("saq.shtml");
if (!isset($page)){ $page=1;}?>
|