TÜRKİYƏ İRANI BOMBALAYIB ?!
18.07.1999

Türkiyənin qırıcı təyyarələri bu gün İranın Pirənşəhr şəhərinin sərhəddəki 1 hərbi bazasını bombalayıblar. İran Müdafiə Nazirliyinin verdiyi хəbərə görə 5 nəfər ölən və bir neçə yaralanan var. İran Müdafiə Nazirliyinin spikeri Türkiyə Dövlətinə nota göndərib. Notada deyilir: «İran-Türkiyəyə cavab verməyə qadirdir». Son aylar müddətində İran- Türkiyə münasibətləri soyuqluğa doğru getməkdə davam edir. Xatırladırıq ki, rəsmi Türkiyə hadisəni təkzib etmişdir.